!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevdiyi qadının doğum günündə son nəfəsini verən AKTYOR: Şərqin Çarli Çaplini

!Reklam – Yazi

Vəfatından bir gün öncə telefon kitabçasını qarşısına qoyub bütün tanışları, dostları ilə danışır, hal-əhval tutur. Xalq şairi Bəxtiyar Vahabzadəyə zəng edib özünəməxsus yumorla deyir, “Bəxtiyar, ölürəm, gedirəm o dünyaya, dədənə sözün varsa, de”. Şair də eyni yumorla ona cavab verir: “Gedirsənsə, dədəmə de ki, mənə nə çatacaqsa, sənə versin”. Lütfəli də zarafatı belə sonlandırır: “Yox e, verməz, tanıyıram, sənin dədən simicin biridir. Elə bilər ki, mən sənə çatdırmayacağam”.

Söhbət Tanınmış aktyor, Xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri Lütfəli Abdullayevdən gedir. Bu gün onun xatirə günüdür.

Ona Şərqin Çarli Çaplini deyirdilər. Ömrünün axırına kimi yazı yazmağı belə bacarmayıb, amma adını milli teatr və kino tarixinə əbədi yazdıranlardan biri olub.
“Arşın mal alan”da Vəli, “Əhməd haradadır?”da Zülümov, “Ulduz”da Məhəmməd, “Qəribə əhvalat”da Kefçilov və daha neçə-neçə obrazlara can verib. Baxmayaraq ki, kinoda yetərincə istedadından istifadə olunmayıb, amma Lütfəli Abdullayev səhnədə saysız-hesabsız rollara can verib.

O, teatra və kinoya sadiq olduğu kimi, həm də sevgisinə sadiq həyat yoldaşı idi. Sevdiyi xanıma qovuşmaq üçün düz on beş ildən artıq gözləməli olub. Nəhayət ki, qızın valideynlərinin razılığını ala bilib. Elə gözlərini də bu həyata sevdiyi can yoldaşının doğum günündə yumub.

Bu gün şit, bayağı komediyalara baxanda yadımıza daha çox düşür aktyor. Zaman məsafəsi bizi ondan nə qədər çox ayırsa da, yalnız güldürməyən, həm də düşündürən aktyorun bu gün yeri çox görünür.

Cəvahir

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv