Sevil və Sevinc bacıları “Xəzər TV” ilə vidalaşıblar.
Yenicag.az xəbər verir ki, “Hər şey daxil” verilişinin aparıcıları bunu şəxsi “İnstagram” hesabları vasitəsi ilə bəyan ediblər.
Bacılar efirlə vidalaşmaqlarının səbəbini bu şəkildə bildiriblər:
“4 il ərzində hər səhər evinizin artıq sakini olduq. Bir çoxunuz dərdimizə şərik olub, sevincimizə, uğurumuza sevindiniz. Biz yıxıldıq, siz əlimizdən tutub ayaq üstə durmağı öyrətdiniz. “Xəzər TV” kimi ailə kanalında çalışıb, oranın övladı, siması olmaq qürurvericidir. 4 il sonra canlı efirlə vidalaşırıq. Bu postu ağlayaraq yazıram. Çünki ailəmi bilirəm. Düşünün, valideyn qız övladı böyüdür və sonda başqa ailəyə gəlin verir. Bizi də “Xəzər TV” böyüdüb boya-başa çatdırdı. İndi isə uğurla bizi müğənni kimi sənətimizi daha böyük zirvəyə qaldırmağa yola salır. Sabah (bu gün – red) efirlə vidalaşırıq. Telekanal rəhbərliyi də seçimimizə hörmətlə yanaşdı”.
www.yenicag.az