Aşıq Əli Quliyev “Ay Zaur” proqramının efiini yarımçıq tərk edib.
Aparıcı aşıqdan xanəndə Elnarə Abdullayeva ilə niyə küsülü olduğunu soruşub. Aşıq Əli bu sualı cavablandırmaq istəməyib.
Zaur qarşı tərəflə telefon bağlantısı yaradaraq sualı ona ünvanlayıb. E.Abdullayeva Əli ilə küsülülüklərindən xəbərsiz olduğunu söyləyib:
“Mən heç kimdən küsməmişəm, iciməmişəm. Mən elə öz aləmimdə, öz işimdə-gücümdəyəm. Mənimçün kimsə məndən incidi, heç fərqi yoxdur.
Əvvəla Əli uşaqdır, mən hara, Əli hara? Əli qələt edir, məndən inciyir. Mən bir az tez tərpənsəydim, Əli boyda uşağım olardım. Ayıb deyil? Əli ilə igəşmək mənim yaşıma-başıma uyğun deyil”.
Abdullayevanın Əliyə uşaq deməsi aşığı özündən çıxarıb. O, yaxasındakı mikrofonu çıxararaq studiyanı tərk edib.
Zaur Kamal Əlini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Verilişin davamı bir gün sonra çəkilib.
Sözügedən kadrları təqdim edirik:
www.yenicag.az