Sex və ev yandı

media-hightechnic-468x90

2b995339a877104a59a6ea1617ad973eBakıda gecə yanğın hadisəsi qeydə alınıb. Yenicag.az lent.az-a istinadən bildirir ki, xəbərə görə, yanğın Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmirdən ibarət avtomobil təmiri sexində baş verib. Nəticədə sexin arxasına yığılmış taxta yeşiklər və sexin içərisində 2 kv.m sahədə taxta stol, açar dəstləri yanıb. Qarajda olan “Hyundai” markalı minik avtomobili və sexin qalan hissəsi yanğından mühafizə olunub.

Gecə saatlarında daha bir yanğın Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan çay evində baş verib. Nəticədə 70 kv m sahədə dam örtüyü, mətbəx mebeli, soyuducu və elektrik sobasının yanar hissələri yanıb. Çay evinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600