Şeyx Əbdül doğum günündə KÖVRƏLDİ: “Yaşamağımı istəyirsinizsə…”

media-hightechnic-468x90

“Doğum günüm olduğunu sizdən eşitdim,qayğılarım başımdan aşır, o qədər fikirli oluram ki, doğulduğum günü belə unutmuşam”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov doğum günü ilə bağlı sualı cavablandırarkən deyib.

82 yaşını tamamlayan Xalq artisti özəl günündə hisslərini gizlədə bilməyib:

“Heç yadıma düşmürdü ki, doğum günümdür. Çünki kinonun bugünkü durumu məni çox narahat edir. Doğum günü ovqatında deyiləm, heç ürəyim açılmır. 82 illik ömrümün 67 ilini kinoya həsr etmişəm. Bu gün Azərbaycan kinosunun düşdüyü vəziyyət çox ağırdır. Kino varsa, mən də varam; kino yoxdursa, deməli, mən də yoxam.

“Azərbaycanfilm” Kinostudiyası bir məbədgahdır. Orada vaxtilə milli kinomuzun şedevrləri ərsəyə gəlib. Bütün kino xadimlərinə üz tutub xahiş edirəm, yığışın gəlin, əl-ələ verib kinostudiyanı bərpa edək, əvvəlki gözəl günlərimiz qayıtsın. Axı bizi yaşadan kinodur. Mənim də yaşamağımı istəyirsinizsə, kinomuzu bərpa edək. Başqa variantımız yoxdur”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05