Sinem Uslu "Kurtlar Vadisi Vatan"a çəkilmək üçün... - FOTOLAR

media-hightechnic-468x90

Televiziya və kino sahəsində gözəlliyi ilə diqqətləri öz üzərinə çəkən aktrisa Sinem Uslu “Kurtlar Vadisi Vatan” üçün əlinə silah götürüb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisa filmdə baş leytenant rolunu oynayacaq. O, bu rola hazırlanmaq üçün həftlərlə poliqonda atıcılıq dərslərinə qatılıb. Həmçinin digər rol yoldaşları da aktrisaya kömək ediblər.

Filmin sujet xəttinə əsasən Polat Alemdar və komandası Türkiyəni işğalçılardan və xainlərdən qoruyur.

Qeyd edək ki, sevilən aktyor Necati Şaşmazın baş rolunda oynadığı “Kurtlar Vadisi Vatan” 29 sentyabrda izləyicilərin qarşısına çıxacaq.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600