!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasətçilər arasında “Facebook”da ən fəalı mənəm” – Pənah Hüseyn

!Reklam – Yazi

“Mediaya çıxmaq imkanlarımızın məhdudlaşması bizi fəal sosial şəbəkə istifadəçisinə çevirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkə siyasətçiləri arasında “Facebook”a ən gec qoşulanlardan biri olsa da, həmin platformada aktivliyi ilə seçilən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

Pənah Hüseynin sözlərinə görə, “Facebook”dan sadəcə, texnoloji vasitə kimi istifadə edir:
“Belə görünür ki, siyasətçilər arasında “Facebook”da ən fəalı mənəm və fikrimcə, orada kifayət qədər də məhsuldar istifadəçiyəm. Əvvəllər “Facebook”dan istifadə etmirdim, gözləyirdim.

Açığı, ötən dövrlərdə mətbuatdan istifadə imkanları vardı, mətbuatın fəaliyyət çərçivəsi geniş idi və yazılarımız, müsahibələrimiz dərc olunduğu üçün “Facebook”a o qədər də ehtiyac qalmırdı.

Medianın geniş götürdükdə alternativ fikirlərə yer verməsində problemlərin olması bizləri də sosial şəbəkələrdən istifadəyə yönləndirdi. Bilirsiz, yeni texnologiyalar var, səsli-görüntülü diskussiyalar təşkil etmək mümkün olur və sair.

Yəni mediaya çıxmaq imkanlarımızın məhdudlaşması bizi fəal sosial şəbəkə istifadəçisinə çevirdi. Belə deyək, hər pisdə bir yaxşı da var.

Mən özüm sosial şəbəkədən həm də idarəçilik məqsədi ilə istifadə edirəm. Məsələn, bizim Qarabağ Komitəsinin məlumatlarının yayılmasında və hansısa fəaliyyətimizdə “Facebook”dan yararlanıram.

Kim “Facebook”dan nəyə görə istifadə edirsə, bu, onun öz işidir. Mən sosial şəbəkədən sadəcə, texnoloji vasitə kimi istifadə edirəm. Ancaq əlbəttə, “Facebook” asılılığı bir problemdir, insanı real həyatdan ayırmaq təhlükəsi həmişə var. Mənim üçün hələ ki belə bir təhlükə mövcud olmasa da, gərək bunu nəzərə alım”.

A.Zeynalov

COP29

www.yenicag.az

2032
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv