!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞKTC-də Ərsin Tatarın iştirakı ilə Həmrəylik Günü qeyd edildi - FOTOLAR

!Reklam – Yazi

Şimali Kipr Türk Respublikasında faaliyət gösdərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkə prezidenti və həmin ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə tədbir keçirilib.

Tədbiri Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu açaraq tədbir iştirakçılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və ən xoş arzularını çatdıraraq bu bayramın dünya azərbaycanlılarının vahid birlik ətrafında birləşməsində xüsusi rolunu vrğulayıb. Orxan Həsənoğlu bildirib ki, bu gün baş verən tədbirə Azərbaycan Respublikasının Diasporla iş Üzrə Dövlət Komitəsi və Diaspora Fondu dəstək veriblər.

Həmrəylik gününün tarixinə diqqət çəkən Həsənoğlu: 1989-cu ildə başlayan Azərbaycan xalqının azadlıq sevgisinin simvoluna çevrilən Həmrəylik Bayramını Ulu Öndər Heydər Əliyev 1993-cü ildən rəsmiləşdirərək dünya azərbaycanlılarını sevindirib. Ölkə başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin zəfər əldə etməsi isə bu birliyimizi daha da möhkəmləndirib.

Daha sonra çıxış edən şimali Kipr Türk Respublikasında yaşay azərbaycanlı professorlar Fəxrəddin Məmmədov və tanınmış bəstəkar Cavanşir Quliyev xalqımızın birlik və bərabərliyindən bəhsediblər.

Tədbirdə soydaşlarımızla birlikdə Girnə Amerikan Universitetinin İdarə Heyətinin sədri Sərhat Akpınar və ali qonaqlar iştrak ediblər. Tədbirə qatılan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar xalqımızı təbrik edib və qonaqları salamlayıb. ŞKTR prezidetni vurğulayıb ki: “Sizlərlə birlikdə olma məni hər zaman sevindirir və həyəcanlandırır. Əgər bu coşqunu, həyəcanı hissetməsəniz bunu yaşaya bilmərsiniz, insanları bu birliyə inandıra bilməzssiniz. Biz böyük bir millətin övladları olaraq köklü bir millətik, üç dövlətik. Bayraqlarımız müstəqilliyimizin gücümüzün və bütün dünyadakı Türklərin azadlıq məşaləsi və ifadəsidir. Bütün azərbaycanlı qardaşlarımızı salamlayıram və bu gözəl bayramlarını təbrik edirəm. Sizin Qarabağda əldə etdiyiniz zəfər bizimdə zəfərimizdir”. Natiq: “Kiprli türklərin çox acılar çəkdi, bu çətinliklərimizdə hər zaman ana vətən Türkiyə yanımızda oldu. Azərbaycanlı qardaşlarımızın bizə ürəkdən bağlı olduğundan əminik. Xüsusi olaraq Azərbaycan prezidenti İlham Əliyevin doğum gününü təbrik edirəm. Ümid edirəm ki, yaxın tarixlərdə onun kıbrıslı türklərə bir mesajı olacaqdır ”.

Azərbaycan Respublikası ilə Şimali-Kipr Türk Respublikalari arasında mədəni-kültürəl əlaqələrin inkişafında əməyi olan, diaspor təşkilatının üzvləri olan Fəxrəddin Məmmədova, Professor Cavanşir Quliyevə, tanınmış həkim Bəxtiyar Məmmədova, Nəzrin Atatuzun və sənətkar Nigar Muradovaya təşəkkürnamə və plaketlər təqdim olunub.

Daha sonra tədbir musiqili proqramlar ilə davam edib. Musiqili proqram Budapeştdəki türk icmasının nümayəndələrinin bağlama alətində ifası ilə davam edib.

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv