Son 5 ayda yanan ticarət mərkəzlərinin siyahısı

media-hightechnic-468x90

tfgfSon 5 ay ərzində yanan ticarət mərkəzlərinə bu gün Moskva Univermağının timsalında biri də əlavə olundu. Yanğınla bərabər partlayışları da qeyd etsək, siyahı xeyli böyüyəcək.

Hadisələrin başvermə xronologiyasını təqdim edirik:

1. 19 oktyabr. Sumqayıtın iri ticarət mərkəzi olan “Karvan” yanaraq kül oldu.

2. 24 dekabr. “Binə” Ticarət Mərkəzi yandı. Xatırladaq ki, “Binə”də bir neçə lokal yanğın olub.

3. 2 fevral. Şəkidə böyük bazar yandı.

4. 13 fevral. 4 nəfərin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən 4 partlayış baş verdi. Bunların arasında Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” zavodunun yanındakı yanacaqdoldurma stansiyasında baş verən partlayış da var.

5. 17 fevral. Astarada böyük bazar yandı. Həmin gün Beyləqanda zavod partladı, 5 nəfər xəsarət aldı.

6. 12 mart. “Sahil” Ticarət Mərkəzi yandı.

7. 14 mart. “Moskva” Ticarət Mərkəzi yandı.

axar.az

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600