SON DƏQİQƏ! Rəhman Rəhmanov əməliyyat olundu - Ağır vəziyyətdə olan aktyorun SON DURUMU

media-hightechnic-468x90

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Yaxınlarının Yenicag.az– verdiyi məlumata görə, bu dəqiqələrdə başa çatan əməliyyat zamanı aktyorun bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün, əməliyyat açıq deyil, endoskopik yolla baş tutub: “Həkimlər əməliyyatın uğurla keçdiyini deyir”.

Yaxınları aktyorun bir neçə gün sonra ikinci dəfə əməliyyat olunacağını deyib: “Öd kisəsi tamamilə yararsız haldadır, ikinci əməliyyatla onun öd kisəsi çıxarılacaq”.

Qeyd edək ki, aktyorun əməliyyat xərcinin əsas hissəsini Bakı Sağlamlıq Mərkəzi üzərinə götürüb.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa