!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirildi - YENİLƏNDİ/VİDEO

!Reklam – Yazi

“Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən şəxs xəstəxanaya yerləşdirilib”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a məlumat verib.

O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C. valideyni ilə birgə polis idarəsinə dəvət olunub və araşdır aparılıb:

“Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub”.

***

10:30

“Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır”.

Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.

COP29

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv