"Sponsorlar onun üçün növbəyə dururdu": Sərxan Tolikin MÜDAFİƏSİNƏ QALXDI
“Tolikin yerinə yenə veriliş yayımlanır. Amma hanı, o verilişə baxan varmı?”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış şoumen, müğənni və aktyor Sərxan Kərəmoğlu sosial şəbəkə hesabındakı videopaylaşımında deyib.
O, efir fəaliyyəti dayandırılan aparıcı Tarix Əliyev (Tolik) ilə bağlı fikirlərini bölüşərək, həmkarının müdafiəsinə qalxıb:
“Tolikin verilişi olduqca baxımlı bir layihə idi. Orada istifadə olunan bəzi ifadələrlə mən də razı deyildim. Hər dəfə də ona xəbərdarlıq edirdim ki, dostumsan, bu sözləri dostundan eşitsən, daha yaxşı olar. Bu cür ifadələr işlənməsəydi, daha məqsədəuyğun sayılardı. Lakin bu, Tolikin öz prizması idi və o, məsələlərə məhz o tərəfdən baxmaq istəyirdi. Bu, onun şəxsi seçimi idi.
Tolikin apardığı verilişlərə sponsorlar özləri müraciət edirdilər. Çünki bilirdilər ki, bu layihə izlənilir və yüksək reytinq verir. Bu, hər bir media qurumu üçün uğurlu bir haldır. Amma bu gün başqa verilişlər də yayımlanır. İndi Tolikin efir saatını doldurmağa çalışırlar. Amma hanı o baxış sayı? İndi həmin verilişə baxan varmı?”
Nehru













