Stadionda bomba təhlükəsi -Azarkeşlər təxliyə edildi

media-hightechnic-468x90

İngiltərənin aşağı liqası Çempionşipdə VII turu xoşagəlməz hadisə ilə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, “Derbi” və “Kardiff Siti” arasında matçdan öncə stadiondakı futbolçular və azarkeşlər təxliyə olunub.

“Prayd Park” stadionunda yaşananlara arenaya bomba yerləşdirilməsi şübhələri səbəb olub. Matç başlamazdan öncə stadionun diktoru fövqəladə vəziyyətlə əlaqədar hamını stadionu tərk etməyə çağırıb.

Xoşbəxtlikdən şübhələr əsassız olub. 5 dəqiqə sonra futbolçu və azarkeşlər yerlərinə qayıdıb. Nəticədə oyunun vaxtında başlanılması mümkün olub.

Qeyd edək ki, hazırda davam edən matçda hesab 1:1-dir./APA/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600