Sudanda təyyarə qəzası – 18 nəfər öldü

Sudanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hərbi təyyarə havaya qaxdıqdan 5 dəqiqə sonra El-Qeneyna şəhərinin aeroportundan beş kilometr aralıda yerə çırpılıb.

Qəza nəticəsində 18 nəfər həlak olub.

Həlak olanların 7-si ekipaj üzvü, 3-ü yerli hakim, 8-i isə mülki şəxsdir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.