Süleymaniyə-Bakı aviareysi ləğv edildi

media-hightechnic-468x90

Noyabrın 22-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.

Yenicag.az xəbər verir ki, “Iraqi Airways” aviaşirkətinin saat 17:30-da “IA 429” saylı Süleymaniyədən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Iraqi Airways” aviaşirkətinin 18:30-da Bakıdan Süleymaniyəyə olan “IA 430” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600