Sürücünü elektrik cərəyanı vurdu

media-hightechnic-468x90

tokŞəki rayonunda sürücünü elektrik cərəyanı vurub.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolundan Şəki şəhərinə gedən avtomobil yolunun kənarında baş verib.

Şəki rayonunun Cəfərabad kənd sakini, 1961-ci il təvəllüdlü Nəzir Bəxtiyar oğlu Məmmədov idarə etdiyi qaldırıcı kranla ərazidəki yardımçı tikilidə iş görən zaman kranın qurğusu ərazidən keçən yüksək gərginlikli elektrik naqillərinə dəyib. Nəticədə Nəzir Məmmədovu elektrik cərəyanı vurub. Nəzir Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa