!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Talıba elçi düşdülər: “Deyir, məşuqum ol, sənə...”

!Reklam – Yazi

“Maşın şou”nun qalibi olandan sonra müğənni Talıb Talenin ətrafındakı xanım pərəstişkarlarının sayı artıb.

Yenicag.az-a açıqlama verən müğənninin sözlərinə görə, qadınlar ona sponsorluq etmək üçün təkliflər göndərirlər:

“Mən xanımların sevgisini həmişə hiss etmişəm. “Maşın şou”da qalıb olandan sonra isə onların sayı çoxaldı. Varlı xanımlar məni ələ almaq üçün pul təklif edirlər. Deyirlər ki, məşuqum ol, sənə sponsorluq edim, heç nədən korluq çəkməyəcəksən. Məni ev, maşın, pullarla şirnikləndirməyə çalışırlar. Bu təklifləri qəbul etməmişəm, çünki hansısa qadının qarşısında müəyyən öhdəliklərim olacaqsa, demək ki, sərbəstliyimi də itirməli olacam. Mən azadlığı sevən adamam və istəyirəm ki, öz işlərimi özüm görüm. Kiminsə yanında gözükölgəli olmağı özümə sığışdırmıram. Heç bir qadın deyə bilməz ki, Talıb mənim pulumdan istifadə edib. Hesab edirəm ki, bu mənə nəinki evlənəndən sonra, elə subay vaxtlarımda da mane olar ”.

Cəvahir
Foto:Cəmalə

www.yenicag.az

10794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv