“Tamamilə yalan fikirdir”

media-hightechnic-468x90

trend_oktay_asadov_280414Dolların məzənnəsinin qalxması ilə əhalinin əmanətlərinə ziyan vurulması barədə səsləndirilən fiklirlər tamamilə yalan söhbətdir.

media-banner_tkm

Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

O.Əsədov qeyd edib ki, birincisi, əmanətlərin 50 faizdən çoxu dollarla qoyulub: “İkincisi, mən sizə tam rəsmi deyirəm ki, son bir həftə ərzində iki milyard, ondan qabaq iki milyard yarım banklar tərəfindən manatlar dəyişib, yəni banklar tərəfindən bu imkan yaradılıb. Ona görə əhalinin əmanətlərinə ziyan dəyib demək tamamilə yalan fikirdir”.

Qeyd edək ki, iclasda çıxış edən millət vəkili İqbal Ağazadə manatın məzənnəsinin aşağı düşməsi ilə əhalinin banklardakı əmanətlərinə külli miqdarda ziyan dəydiyini diqqətə çatdırıb(trend).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05