!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış prodüserdən SƏRT AÇIQLAMA: “Kişisən, niyə dodağını şişirdirsən, qaşını...”

!Reklam – Yazi

“Sənin normal qaşın, gözün, burnun, dodağın varsa, niyə gedib onu dartdırırrsan, şişirdirsən, uzadırsan?”

Bu sözləri estetik əməliyyat etdirən kişi sənətçiləri ilə bağlı fikirlərini bölüşərkən tanınımış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Prodüser bildirib ki, estetik əməliyyatlar kişilər üçün deyil, xanımlar üçün qəbul olunandır:

“Kişiyə estetik əməliyyat lazım deyil. Yaddan çıxarmayaq ki, biz azərbaycanlıyıq, öz mentalitetimiz var. İndi deyəcəklər, səhnə bunu tələb edir. Bu, qadına lazımdır, kişiyə yox.

Saçı, haradasa, başa düşürəm. İnsandır, pis görünür, saç əkdirir. Amma kişi xeylağıdır, gedib dodağını düzəltdirsin, burnunu əməliyyat etdirsin, yanağına dolğu vurdursun, buna qarşıyam. Kişinin kişi sifəti olar. Adi bir misal çəkim, İbrahim Tatlısəs oxuyur, görün onda necə əsl kişi sifəti var. O qədər müğənnilərimiz var ki, bığı, saqqalı ola bilər. Lap heç olmasın saçı. Amma yenə də deyirəm, saç əkdirməyi, haradasa, anlamaq olar. Sənin normal qaşın, gözün, burnun, dodağın varsa, niyə gedib onu dartdırırsan, şişirdirsən, uzadırsan? Yenə deyəcəklər, dünya şou aləmində, Avropada belədir… Ay qardaş, onların öz həyat tərzi var, biz azərbaycanlıyıq axı. Gərək elə Avropadan pis şeyləri götürək? Hindistanın da müğənniləri var, öz milli geyimlərində səhnəyə çıxırlar, milli mahnılarını oxuyurlar. O demək deyil ki, onlar da gedib nəsə etməlidir”.

Cəvahir

www.yenicag.az

604
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv