Tanınmış rejissordan QALMAQALLARA REAKSİYA: “Sənətdən getməlidir”

media-hightechnic-468x90

“Bütün hallarda qalmaqalın əleyhinəyəm və buna çox pis baxıram”.

media-banner_tuq

Bu sözləri tanınmış rejissor, Əməkdar artist Nicat Kazımov Yenicag.az-a açıqlamasında deyib.

O, “Heç vaxt adınız qalmaqalda hallanmayıb, buna necə nail olursunuz və qalmaqala münasibətiniz”, sualını cavablandırıb:

“Bütün hallarda qalmaqalın əleyhinəyəm və buna çox pis baxıram. Hesab edirəm ki, sənət adamı öz sənəti ilə gündəmdə qalmalıdır. Əgər bunu bacarmırsa, demək ki, onun bu peşəyə aidiyyatı yoxdur və sənətdən getməlidir. Bəlkə də ola bilər nə vaxtsa sənətdə nəsə edib, ya etməyə çalışıb, amma indi heç bir iş görə bilmir, əlacı yalnız qalmaqalla gündəmdə qalmağa çatır.

Adımın qalmaqalda hallanmamasına gəlincə, bəli, hallanmır, çünkü mən işimlə məşğulam və düşünürəm ki, sənət adamı yalnız işi, peşəsi ilə məşğul olmalıdır. Bunu hər kəs bilir ki, sənətlə məşğul olanda digər mənasız işlərə heç vaxt qalmır. Ay nə bilim, kimsə çəp baxdı, kimsə əyri yeridi…. Vaxtım yoxdur ki, kiminsə dediyinə fikir verim, ona cavab verim…Mənim qalmaqalım da, uğurum da, Allah eləməmiş uğursuzluğum da sənətimlə bağlı olan şeydir. Qalmaqal boşluqdan yaranır. Sənətlə məşğul olmaq lazımdır, başqa heç nəylə…”

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05