!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixi Zəngəzur necə işğal edildi? – FAKTLAR

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Ankarada Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyib Ərdoğan ilə tarixi görüş keçirdi.

Martın 5-də Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkəni birləşdirən növbəti qaz kəmərini istifadəyə verməsi əlamətdar hadisə kimi tarixə düşdü. Eləcə də Azərbaycanın ayrılmaz hissəsi, bir əsrdən artıq müddətdir ölkənin əsas ərazisi ilə quru bağlantısı olmayan Naxçıvanın enerji təminatında əhəmiyyətli rol oynayan İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildi.

Bəs əzəli torpağımız Zəngəzur necə və nə vaxt Azərbaycandan ayrıldı?

Tarix elmləri doktoru, BDU-nun dosenti Boran Əziz Yenicag.az-a danışaraq bildirib ki, 1920-ci ildə Qırmızı Ordu ən az 3 dəfə torpaqlarımızı ermənilərə bağışlayıb:

“1920-ci ilin 28 aprelində 11-ci Qırmızı Ordu Vətənimizi işğal etdi. Bu işğal nəticəsində də bolşeviklər torpaqlarımızı öz ata-baba torpağı imiş kimi qonşu ölkələrə hədiyyə etdi. Bu zaman həm də özlərinin əlaltıları olan azərbaycanlı kommunistlərin belə razılığını almayaraq, xalq arasında referendum keçirmədilər.

Tarixçi alim qeyd edib ki, ruslar bir qədər sonra növbəti dəfə torpaqlarımızı ermənilərə peşkəş çəkmək üçün geri dönüblər:

“Qısa bir müddət ərzində onlar Zəngəzur qəzasından 4.4 min kv.km. ərazini onlar Ermənistana verdilər və beləliklə, bu torpaqların Ermənistana verilməsi nəticəsində əvvəla həm Naxçıvandan, həm də Türkiyədən ayrı düşdük. Bu, olduqca çox hiyləgərcəsinə düşünülmüş siyasət idi. Nəticədə ən kritik anlarda belə Türkiyənin Azərbaycana kömək etmək şansı, demək olar ki aradan qaldırılmış oldu. Məsələ burasındadır ki, rusların ermənilərə yardımı bununla da kifayətlənmədi”.

Onun sözlərinə görə, Naxçıvanla kifayətlənməyən bolşeviklər növbəti “erməni payı”nı Qazaxdan verdi:

“Bundan bir qədər sonra Qazax qəzasının 4.1 min kv.km. ərazisi də ermənilərə verildi. Bundan sonra isə xüsusilə 1920-ci ildə Naxçıvandan daha bir neçə ərazini Ermənistana verdilər və beləliklə ,Azərbaycan torpaqları 97 min kv.km-dən 86 min kv.km-ə düşdü. Ermənilərin ərazisi isə təxminən 9 min kv.km-dən 29 min kv.km-ə qədər qalxdı. Görəsən, torpaq da doğuldumu? Bu hal necə baş verə bilər? Ona görə də bolşeviklərin bu işğalı qanunsuz olub və Azərbaycan xalqına qarşı qəsd idi. Biz inanırıq ki, bu qəsd zamanı gəldiyində aradan qalxacaq”.

Yenicag.az

www.yenicag.az

79
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv