Təbiətə qənim kəsilənlər yaxalandı
Biləsuvar polisi Mahmudçala adlanan ərazidə qanunsuz ovla məşğul olan 3 nəfəri yaxalayıb.
Saxlanılan zaman ovçüların üzərində ov etmək üçün silh surstala yanşı 28 ədəəd ovlanmış çöl quşu da aşkarlanıb.
Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı rayon ərzisində Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz ovçuluqla məşğul olan 3 nəfər saxlanılıb.
Məlum olub ki, rayonun Xırmandallı kənd sakinləri İlham Mahmudov və Əli və Bakir Kazomovlar qardaşları müxtəlif vaxrlarda gizli yollarla sözügedən əraziyə gələrək orada ov edirmişlər. Sonuncu dəfə isə ovçular elə iş başında yaxalanıblar.
Baş inspektor Elsevər Səfərov ov qaydaların pozan şəxlərin üzərlərindəki ov tüfənglərinin də müvafiq sənədlərin olmadığını bildirib.
Təbiətə qənim kəsilmiş bu şəxslər barəsində hazırda polis şöbəsiondə müvafiq araşdırma tədbirləri davam etdirilir.
(anspress.com)