Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Tehrandan Ər-Riyada kinayəli mesaj: “Bu hücum xəbərdarlıqdır, dərs çıxarın” – Həsən Ruhani

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanın neft şirkəti “Saudi Aramco” neft şirkətinin emal zavoduna edilən hücumu dəstəkləyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ruhani Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında Səudiyyə Ərəbistanındakı neft emalı zavoduna edilən hücumda İranın günahlandırılmasına münasibət bildirib.

Ruhani regionda qarşıdurma istəmədiklərini və toqquşmaları kimlərin başlatdığının məlum olduğunu deyib. İran prezidenti məlum hücumu Ər-Riyada xəbərdarlıq kimi qiymətləndirib:

“Xəstəxana, məktəb və ya bazarı vurmadılar ki, narahat olasınız. Sizə xəbərdarlıq etmək və dərs vermək üçün sənaye mərkəzinizi vurdular. Bölgədəki düşmənlər bu xəbərdarlıqdan dərs almalı və xalqın sabitlik içərisində yaşaması üçün müharibəni dayandırmalıdırlar”.

O, Yəmən böhranına görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklər (BƏƏ), ABŞ, bəzi Avropa ölkələri və İsraili ittiham edib:

“Onlar yəmənliləri öldürdükdə, bölgəyə silah-sursat yığdıqda və Səudiyyə Ərəbistanı ABŞ-dan 400 milyard dollarlıq silah aldığını etiraf etdikdə, “heç kəs səsinin çıxarmasın”, – deyirlər. Ancaq Yəmən xalqı buna reaksiya verəndə, narahat olurlar”.

Firuzə Alimova

www.yenicag.az

1423
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM