Təhsil krediti alan tələbələrin sayı açıqlandı

media-hightechnic-468x90

Cari semestr üzrə bugünədək 10 127 təhsilalana kredit verilib.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari semestr üzrə bugünədək 3312 tələbə kredit almaq hüququ əldə edib. Onlardan 1168-i sosial, 1796-sı isə standart növ təhsil kreditidir. Bununla da ümumilikdə 10127 təhsilalana kredit verilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600