Telefondan da baha "kabura" - FOTO

media-hightechnic-468x90

Sinqapurun “Gray” firması Apple şirkətinin 10-cu ilinə özəl olaraq iPhone X modeli üçün 1295 dollar qiymətinə qılaf (“kabura”) hazırlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bir çoxları iPhone X-in satışa çıxarılacağı günü səbirsizliklə gözləyir. Olduqca zərif struktura sahib olan telefon üçün artıq indidən firmalar aksesuar hazırlamağa başlayıblar.

Yeni model üçün hazırlanan xüsusi qılaf müştərilərin marağına səbəb olub. Ən maraqlısı isə odur ki, bu aksesuar sahib olduğu özəlliklərdən başqa, satışa çıxarılacaq iPhone X modelindən daha baha qiymətə satılır. Titandan hazırlanan qılaf rəng dəyişmək qabiliyyətinə malik olub, telefonun təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. 3 rəngdə istehsal olunan qılafın qiyməti 645 dollardan başlayır, lakin xüsusi hazırlanan “Advent Aurora”nın qiyməti isə 1295 dollara olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600