Telefonların qeydiyyat rüsumları - SİYAHI

media-hightechnic-468x90

Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

Yenicag.az-ın məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə ediən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa