“Tesla Model S” elektromobil iki nəfər tərəfindən oğurlanıb.
Yenicag.az “Technote”yə istinadən xəbər verir ki, maşının oğurlanması videokameraya düşüb.
Videodan da görmək olar ki, elektromobili 2 nəfər şəxs oğurlayıb. Şəxslərdən biri elektromobilin qapısının açılması üçün planşet vasitəsilə siqnal gücləndirilməsindən istifadə edir. İkinci şəxs isə həmin siqnalı tutmağa və beləliklə elektromobilin qapısını açmağa çalışır.
Lakin bununla belə oğrular tez bir zamanda elektromobil ilə aradan çıxa bilməyiblər.
Belə ki, onlar elektromobilə qoşulu olmuş şarj naqilinin necə çıxarılmasını uzun müddət araşdırıblar. Onlar bilmirdilər ki, bunun üçün sadəcə olaraq bir düyməni klik etmək lazımdır.
Məlum olub ki, elektromobilin sahibi elektromobilin oğurlanmasında özü günahkardır. Belə ki, o, elektromobilin bu üsulla oğurlanmasının qarşısını almaq üçün heç bir tədbir görməyib.
www.yenicag.az