Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təyyarə skandalı: Pakistan Hindistan prezidentini hava məkanına buraxmadı

İslamabad Nyu-Dehlinin Hindistan prezidenti Ram Nath Kovindin təyyarəsinin Pakistanın hava məkanı üzərindən uçması ilə bağlı icazə istəyinə rədd cavabı verib.

Yenicag.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi Pakistanın xarici işlər naziri Mehmud Qureşiyə istinadən məlumat yayıb.

“Biz bu qərarı Hindistanın davranışlarına əsaslanaraq verdik”, – deyə agentlik Kureşinin sözlərini sitat gətirir.

O bildirib ki, Hindistan bazar günü Kovindin İslandiyaya səfər etməsi üçün Pakistanın hava məkanından istifadə etmək istəyib, İslamabad isə buna icazə verməyib.

Avqustun sonlarında Pakistanın baş naziri İmran Xan öz açıqlamasında qeyd edib ki, ölkəsinin hava məkanı Hindistan üçün tamamilə bağlana bilər. Hindistanın mülki aviasiya naziri Hardip Sinqx Puri də belə olan halda Nyu-Dehlinin lazımi tədbirlər görəcəyini istisna etməyib./APA/

www.yenicag.az

350
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100