“Tezliklə böyük islahatlara başlayacağıq”
Donbas və Luqansk vilayətinin milis bölmələrinin üzvlərinin başdan-başa dəyişdirilməsinin vaxtı çatıb.
Bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov deyib.
Onun sözlərinə görə, belə qərara gəlmələrinə səbəb milis əməkdaşkarının separatçılarla əməkdaşlıq etməsidir: “Həmin yerlərdə son 20 il ərzində milis əmıkdaşları tamam başqa ruhda təlimatlanıblar – reketlə, sahibkarlardan pul qoparmaqla məşğul olublar. Bu səbəbdən də konstitusiya borclarını verə bilmirlər.
Bu, böyük bəladır. Bundan başqa, onların böyük əksəriyyəti separatçılarla əməkdaşlıq ediblər. Nəzərə alsaq ki, onların bir qismi “Berkut”un üzvləri olublar, deməli, vəziyyəti təsəvvür etmək olar.
Odur ki, tezliklə böyük islahatlara başlayacağıq”(axar.az).