Azərbaycanda şəhərsalma və tikinti sahəsində fəaliyyət yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.
Yenicag.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Sənəddə qeyd olunur ki, 2019-2020-ci illərdə tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlar yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdiriləcək.
Ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarları və tələbləri şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlara daxil ediləcək./Trend/
www.yenicag.az