!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TMİF 21-ci Ankara Kitab Sərgisinə qatıldı - FOTO

!Reklam – Yazi

“Ankara ATO Congresium” mərkəzində Azərbaycanın fəxri qonaq qismində təmsil olunduğu 21-ci Ankara Kitab Sərgisinin açılışı olub.

9 dekabradək davam edəcək sərgidə Azərbaycan Milli Stendinin guşəsində ayrıca stenddə Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının ədəbi-mədəni irsinə aid nəşrləri nümayiş olunur.

Tədbirin açılış mərasimi Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışı ilə başlayıb.

Türkiyənin mədəniyyət nazirinin müavini Batuxan Mumcu, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, sərginin “beynəlxalq fəxri qonağı” seçilmiş Azərbaycandakı Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, sərginin “fəxri yazıçısı” Kamal Sayar çıxışlarında sərginin təşkilini yüksək qiymətləndirərək onun əhəmiyyətini və gənclər arasında mütaliənin kütləviləşməsinin vacibliyini vurğulayıb, türk xalqlarının irsinin zənginliyinə diqqət çəkərək, türklərin bütün dövrlərdə xüsusi mədəni çoxşaxəliliyə malik olduğunu qeyd ediblər.

500 min kitabsevərin ziyarət etməsi proqnozlaşdırılan sərgi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə türk və alman dillərində nəşr olunmuş “Torpağın dili – Aşıq Veysəl” və Ömər Seyfəddinin “Hekayələr” kitablarının təqdimatı keçiriləcək.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondunun 21-ci Ankara Kitab Sərgisində iştirakı Fondun Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı xüsusunda baş tutmuşdur.

COP29

www.yenicag.az

95
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv