Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
Ölkədə noyabrın 20-də keçirilən sayca yeddinci prezident seçkilərinin nəticələrinə görə, Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 səs və ya ümumi səslərin 81,31 %-ni səs toplayıb.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində seçici fəallığının 69,44 % təşkil etdiyini açıqlayıb. Ölkədə 11 milyon 953 min vətəndaşın səsvermə hüququ var ki, onlardan 8 milyon 300 min 46 nəfəri bu hüququndan istifadə edib.
Məlumata görə, Jiquli Dayrabayev 3,33 % (271 641 səs), Meyram Kajıken – 2,53 % (200 907), Karakat Abden – 2,61 % (206 206), Saltanat Tursınbekova – 2,12% (168 231), Nurlan Auesbayev 2,22 % (176.116) səs toplayıb. Seçicilərin 5,8 %-i “hamıya qarşı” xanasını (460 484 nəfər) işarə edib.
Seçki günü ümumilikdə 10101 seçki məntəqəsi, o cümlədən 53 xarici ölkədə 68 seçki məntəqəsi fəaliyyət göstərib.
www.yenicag.az