Toy qonaqlarını daşıyan avtobus uçuruma aşdı – Ölənlər və yaralanan var

media-hightechnic-468x90

Pakistanın Bəlucistan əyalətində baş verən yol qəzasında toy avtobusu uçuruma aşıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə əyalətin paytaxtı Kvetta yaxınlığında baş verib. Hadisə yerinə təcili yardım qrupları göndərilib.

Səhiyyə Nazirliyinin sözçüsü Vasim Baiq ölənlərin və yaralıların cəsədlərinin ən yaxın xəstəxanaya aparıldığını açıqlayıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Bəlucistanın baş naziri Mir Sarfraz Buqti qəzanı “ürək parçalayan və dərin təəssüf doğuran” hadisə adlandırıb. Buqti hadisənin səbəblərinin araşdırılması üçün araşdırma aparılmasına göstəriş verib və diqqətsizlik aşkar edilərsə, lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

İsmayıl Bakuvi

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa