Toyda gəlinin atası bıçaqlandı

media-hightechnic-468x90

4d3dbc6245a3b08e987b3f57c5344e36Mingəçevir şəhərində toy mərasimində baş verən dava bıçaqlanma ilə nəticələnib.

Yenicag.az apa-ya istinadən bildirir ki, mərasim zamanı spirtli içki qəbul etmiş qohumlar arasında dava zamanı gəlinin atası, Qax rayonu Çüdüllü kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Şahin Süleyman oğlu bıçaqlanıb.

O, təcili Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Hadisəni bəyin qohumu Murad adlı şəxs tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa