Traktorun aşması nəticəsində azyaşlı həlak oldu

media-hightechnic-468x90

qeza_traktor_cayhfSalyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı uşaq ölüb. Yenicag.az apa-ya istinadən bildirir ki, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb.

Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600