Tualetsiz məktəbdən şikayət edən müəllimədən ŞOK SÖZLƏR - Təhdid edilir? / VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkədə işlədiyi məktəbdə olan tualet problemini ictimailəşdirən müəllimənin yeni videosu yayılıb. 

Yenicag.az xəbər verir ki, İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd Orta Məktəbinin müəllimi Leyla Nəcəfquliyeva müdafiəçilərinə müraciət edərək bildirib ki, onu həbs etmək istəyirlər.

Leyla Nəcəfquliyeva bu üzdən onunla bağlı paylaşımlara ara verilməsini, müdafiə xarakterli çıxışların dayandırılmasını xahiş edib. Müəllimənin gözyaşları içərisində paylaşdığı görüntülər sosial şəbəkələrdə qısa müddət ərzində sürətlə yayılıb və əsas müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Leyla Nəcəfquliyeva məktəbdə tualet olmadığını deyərək şagirdləri tualet tikilənə qədər dərsə gəlməməyə çağırmışdı.

Bunun ardınca L.Nəcəfquliyevaya töhmət verilmişdi.

Həmin müraciəti təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600