“Türk Dövlətləri və Mədəniyyətləri Tarixi” kitabının təqdimatı keçirildi

media-hightechnic-468x90

Bakı Yunus Əmrə İnstitutunda “Türk Dövlətləri və Mədəniyyətləri Tarixi” adlı kitabın təqdimat mərasimi keçirilib.

İslam öncəsi çağdan XX əsrə qədər Türk tarix və mədəniyyətini əhatə edən 1128 səhifəlik kitabı Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, tanınmış tarixçi Dos. Telman Nüsrətoğlu və tarixçi-tədqiqatçı Əkber N. Nəcəf birgə qələmə almışlar. Əsər Çapar Kitab Evi tərəfindən nəşr olunub.

Təqdimat mərasimində Azərbaycan millət vəkilləri Fazil Mustafa, Hikmət Babaoğlu və Naqif Həmzəyev, həmçinin Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin müşavirləri Prof.Dr. Muhittin Macit və Prof.Dr. M. Fatih Bilal Alodalı iştirak ediblər. Tədbirə Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Serdar Gündoğan, Maarif və Anadolu liseylərinin müdirləri, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin üzvü olan alimlər, Xəzər Universiteti, digər təhsil və elm ocaqlarından gələn həmkarlar və tələbələr də qatılıblar.

Tədbirin təşkilatçıları arasında yer alan Yunus Əmrə İnstitutu Bakı müdiri Güvən Çolak, Çapar nəşriyyatının rəhbəri Yusif İlhanoğlu və digər əməkdaşlara təşəkkürlər bildirilib.

Mərasimdə çıxış edənlər – Telman Nüsrətoğlu, Əkber N. Nəcəf, Fazil Mustafa, Hikmət Babaoğlu Naqif Həmzəyev və digərləri kitabın Türk tarixinin və mədəniyyətinin təbliğində əhəmiyyətini vurğulayaraq, onun oxucular arasında böyük maraq doğuracağına əmin olduqlarını qeyd etdilər.

Təqdimatın sonunda, kitabın oxuculara çatdırılması və Türk mədəniyyəti ilə bağlı daha geniş məlumatın yayılması istiqamətində gələcəkdə də birgə işlər aparılacağı qeyd edilib.

AZTV və TRT təqdimat mərasimindən reportaj yayımlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600