Türk idmançı Tolqa Çakmak dünya rekordu vuraraq, adını Ginnesin Rekordlar kitabına yazdırıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Tolqa Çakmak bir saat içində təkanla ən çox ağırlıq qaldıran şəxs olub. Belə ki, o, bir saatda 26 min 305 kq ağırlıq qaldıraraq, amerikalı idmançı Bob Natolinin 2012-dəki rekordunu üstələyib. Daha əvvəl dəqiqədə 524 dəfə yumruq atmaqla rekord qıran idmançı hələ 6 fərqli sahə üzrə də rekord planının olduğunu söyləyib.
www.yenicag.az