!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə, Rusiya və İran Suriya məsələsində həmfikir deyil

!Reklam – Yazi

Ankarada keçirilən üçtərəfli görüş ABŞ-ın terror təşkilatı YPG ilə əlaqələrinə və Fəratın şərqindəki varlığına qarşı xəbərdarlıq xüsusiyyəti daşıyırdı.

Yenicag.az xəbər verir ki, 4 aprel tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin həyata keçirdiyi üçtərəfli görüş Suriyanın gələcəyi ilə bağlı vacib nüanslardan xəbər verir. Bir çoxları Suriya uğrunda mübarizənin sona çatdığını düşünür. Lakin son bir neçə ay içində baş verənlər onu göstərir ki, müharibənin sonu heç də yaxın deyil. Vəziyyəti başa düşmək üçün ilk növbədə ümumi mənzərəni bir qədər sadələşdirmək lazımdır. Vətəndaş müharibəsinin tərəflərinə nəzər yetirdiyimiz zaman onların tamamilə döyüş iradəsini itirdiklərini görürük. Hazırkı vəziyyət Bəşər Əsədin müharibədən qalib kimi ayrıldığını göstərir. Çünki hər hansı bir müxalif qüvvə silah yolu ilə hakimiyyəti dəyişdirməyə qadir deyil.

İkinci bir tərəfdən, ABŞ İŞİD-in bölgədən tamamilə təmizlənmədiyini bəhanə gətirərək Suriyadan çıxmır. Bununla belə, nə ABŞ, nə də Rusiya Suriyaya daha çox enerji və vəsait xərcləmək niyyətindədir.

Üçtərəfli görüşə gəldikdə isə, birinci növbədə bu məqama diqqət yetirilməlidir: Türkiyə, Rusiya və İran Suriya məsələsində tamamilə həmfikir deyillər. Xüsusilə də, Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması ilə bağlı tərəflər anlaşmazlıqlar mövcuddur. Bu mənada görüşün məqsədi Suriyanın gələcəyini müzakirə etməklə yanaşı ABŞ-a əsaslı bir mesaj vermək idi.

Suriyanın gələcəyi bu üç ölkənin danışıqlar masasında inşa olunur. Terror təşkilatlarının parçalanaraq arenadan çıxması Türkiyə üçün olduğu qədər Rusiya və İran üçün də stratejik məsələdir. Üçtərəfli görüş onu göstərir ki, tərəflər regional güc mübarizəsinə tam hazırdır və maraqlar təmin olunmayana qədər məsələnin köklü həlli mümkün deyil.

COP29

www.yenicag.az

2083
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv