Türkiyə və Rusiyanın miqrasiya siyasətini sərtləşdirməsinin sonucunda…

media-hightechnic-468x90

10859450_10204880744411140_1990640865_nAzər Allahverənov: “Hər iki ölkədə miqrant azərbaycanlıların vəziyyətlərinin leqallaşdırılmasına, ya da oraları tərk etmələrinə səbəb olacaq”

Rusiya və Türkiyədə miqrasiya şərtləri çətinləşdirilib. Hansı ki, bu iki ölkədə çoxsaylı azərbaycanlı ticarətlə məşğul olur. Görəsən, miqrasiya şərtlərinin sərtləşməsi həmin soydaşlarımıza necə təsir edəcək?

Ekspert Azər Allahverənov Yenicag-az-a açıqlamasında qeyd etdi ki, qeyri-qanuni miqrantlar həmin ölkələrdən çıxarılacaq: “Rusiya və Türkiyədə qeyri-qanuni əmək fəaliyyətilə məşğul olan azərbaycanlılar dövlətlərin qeyri-qanuni miqrasiya istiqamətində həyata keçirdiyi siyasət bilavasitə qanunsuz miqrantlara, o cümlədən həmin statusda olan azərbaycanlılara da mənfi təsir göstərəcək. Bu isə hər iki ölkədəki miqrant azərbaycanlıların ya vəziyyətlərinin leqallaşdırılmasına, ya da həmin ölkələrin ərazisini ümumiyyətlə tərk etmələrinə səbəb olacaq. Burada digər ssenarilərin olması mümkünsüzdür. Təcrübə göstərir ki, əksər hallarda insanlar hökumətin onlara qarşı apardığı sərt siyasətin onların qeyri-qanuni hüquqi əsasları ilə bağlı olduğunu başa düşəndə, təbii o vəziyyətini leqallaşdırır. Bu gün Türkiyə və Rusiyada nə qədər qeyri-qanuni əsasla azərbaycanlının yaşadığı haqda dəqiq informasiya yoxdur. Amma bəlli məsələdir ki, son 3-4 ay ərzində Rusiya ərazisində əmək fəaliyyətilə məşğul olan azərbaycanlıların sayında kəskin azalmalar var. Son üç ay ərzində oradakı soydaşlarımızın sayı 36 min azalaraq, 579 minə düşüb. Keçən ilin yanvarı ilə müqayisədə isə azalma 70 min təşkil edib. Onların da çoxu Rusiya ərazisində qeyri-qanuni əsasla işləyən insanlardır. Təəssüf ki, Türkiyə ilə bağlı dəqiq informasiya verilməyib. Amma bəlli məsələdir ki, qardaş ölkədə yaşayanların əksəriyyəti burada qanuni əsasla yaşayır”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600