Türkiyədə Birinci Beynəlxalq Ziya Gökalp Gənc Türkoloqlar Simpoziumu keçiriləcək

media-hightechnic-468x90

Türkiyənin Dənizli şəhərində Birinci Beynəlxalq Ziya Gökalp Gənc Türkoloqlar Simpoziumu baş tutacaq.

Yenicag.az xəbər verir ki, Pamukkale Universitetində baş tutacaq simpozium Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının təşkilatçılığı, universitetin Səhiyyə, mədəniyyət və idman idarəsi və Türk Yurdları Mədəniyyət və Sənət Cəmiyyətinin dəstəyi ilə noyabrın 6-7-8-də keçiriləcək.

Onlayn və ənənəvi formada keçiriləcək simpoziumda əski və yeni türk ədəbiyyatı, türk dili, folklor və etimologiya sahələri, ümumiyyətlə, türk dünyası ilə əlaqələndirilə biləcək hər mövzuda yazılmış elmi məqalələr dəyərləndirmə prosesinə daxil ediləcək.

Məqalə xülasələrinin göndərilməsi üçün son tarix 30 avqustdur. Sentyabrın 30-da isə qəbul edilən məqalələrin siyahısı açıqlanacaq. Məqalələrin tam versiyasının qəbul edilməsi üçün son tarix noyabrın 25-dir. Məqalə və xülasələr [email protected] elektron poçt ünvanına göndərilməlidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa