Türkiyədə daha 101 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 243 min 280 test aparılıb, 23 min 957 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin paylaşdığı rəqəmlərə görə, son sutkada daha 101 nəfər koronavirusdan vəfat edib, 6 min 941 nəfər müalicə olunaraq sağalıb.