!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə daha 120 nəfər koronavirusdan öldü

!Reklam – Yazi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 120 nəfər dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7795 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8639, ağır xəstələr isə 1592 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 492 977 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 379 070 nəfər sağalıb, 26 237 nəfər isə vəfat edib.

www.yenicag.az

2727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv