!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyədə qəzadan qurtulan xalq artisti: “Hamı dəhşət içində ağlaşırdı”

!Reklam – Yazi

Xalq artisti, rəqqasə Təranə Muradovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Gözə-nəzərə gəlməkdən qorxursuz?

– Çox qorxuram, çünki bunun ağır nəticəsini də görmüşəm.

– Necə?

– Dəfələrlə səhnədə yıxılmışam. Bir dəfə paltarımı dəyişmək istəyəndə səhnənin çıxışını səhv saldım. Kamera orkestri musiqini səsləndirdi, zal da dolu… Mən səhnənin digər tərəfinə keçə bilməzdim. Amma tez libasımı dəyişməliydim ki, səhnəyə çıxım. Bir performans göstərməyə məcbur oldum: rəqs edə-edə səhnədən keçdim. Heç kim heç nə başa düşmədi. Belə ekstrimlər çox olub. 20 il əvvəl Dövlət Rəqs Ansamblı ilə Türkiyəyə qastrol səfərinə getmişdik. Qəfildən avtobusun əyləcində problem oldu və qəza vəziyyəti yarandı. Sürücü düz 15 dəqiqə avtobusu əyləcsiz idarə etdi. Hamı dəhşət içində qışqırır, ağlaşırdı. Hətta diz üstünə düşüb, Allaha yalvarırdılar.

– O an nə düşündüz?

– Fikirləşdim ki, balalarım anasız qalacaq. Bir möcüzə baş verdi, avtobus dayandı. Sürücünün saçları 10 dəqiqənin içində qorxu və həyəcandan ağappaq ağardı.

– Avtobusda neçə nəfər vardı?

– 70 nəfər. Hamısı da ansamblın üzvləri idi. O cür stresdən sonra axşam konsert proqramı ilə çıxış etdik.

– Bəs bədnəzərdən necə qorunursuz?

– Heç necə. Hamını Allah qoruyur. Mən dəfələrlə bunun şahidi olmuşam.

– Caduya, fala inanırsız?

– İnanmıram. Məncə, kim belə şeylərə inanırsa, ona təsir edir.

– Üstünüzdə talisman gəzdirirsiz?

– Yox.

– Boynunuza taxdığınız zəncirdə çoxlu açarlar var…

– Bunlar sadəcə, aksesuarlardır. Səhnəyə çıxanda, ya bir yerə gedəndə Allahımla ünsiyyətdə oluram. Bu da mənim uğur sirrim.

– Özünüzə çox vaxt ayırırsız?

– Sənət adamları hər zaman efirlərdə olur, ona görə də gözəl görünməli və baxımlı olmalıdırlar. Özümə baxmağa çox az vaxtım qalır.

– Yaş üstə yaş gəldikcə, rəqəmlər sizi qorxudur?

– Qorxuram. Biləndə ki, yaş artanda səhnəni tərk edəcəm, onu itirəcəm… çox qorxuram.

– Rəqəmlər elə səhnədən uzaqlaşacağınıza görə qorxudur?

– Bəli. Yoxsa ki, insan neçə yaşda özünü hiss edirsə o yaşdadır. Qadın təbii olmalıdır. Yaşın nə fərqi var. Qadını sevgi, təmiz qəlbi gözəlləşdirir. O qədər qadın var ki, sevir, amma qəlbi təmiz deyil. İnsanın içi özünü onun üz cizgilərində göstərir. Baxırsan qadın yaşlıdır, amma gözlərində nur var.

– Özünüzü gözəl qadın sayırsız?

– Gözəl yox, şarmlı qadın sayıram.

Cəvahir

Foto:Cəmalə

COP29

www.yenicag.az

2868
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv