Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alimə hökm oxundu

media-hightechnic-468x90

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 9 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Qasımov 2023-cü ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb.

Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə təqsirləndirilir./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05