Türkiyədə yanğın DƏHŞƏTİ – 864 nəfər xəstəxanalıq olub, 8 nəfər vəfat edib

Türkiyədə baş verən yanğınlarda ölənlərin sayı 8-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

***

20:07

Türkiyədəki yanğınlardan indiyədək 864 nəfər zərər çəkərək xəstəxanaya yerləşdirilib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, hazırda onların 27-si xəstəxana şəraitində müalicə olunur:

“Marmaris və Bodrumdakı 203 nəfər yanğının təsirinə məruz qalıb, 186-sı müalicə olunaraq evə buraxılıb. Mersindəki yangının təsirindən 154 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicələri bitib, evə buraxılıb. Manavgatdakı yanğından isə 507 nəfər zərər görüb, 497-si müalicə olunaraq xəstəxanadan buraxılıb”.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarında ölənlərin sayı 7-yə yüksəlib.