Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşüb.
Yenicag.az xəbər verir ki, səfir 11-17 iyulda Ankarada səfərdə media nümayəndələrinin təəssüratını öyrənib.
Jurnalistlər səfər proqramından razılıqlarını ifadə ediblər. Səfir Erkan Özoral media nümayəndələrinə təşəkkür edib. O deyib ki, Azərbaycanın gücü Türkiyənin gücüdür:
“Yetər ki, birlikdə olaq. Azərbaycan daim Türkiyəyə dəstək verib. Azərbaycanın da problemi Türkiyənin problemidir”.
O, 2016-cı ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı deyil, türk xalqına, cümhuriyyətinə qarşı yönəldiyini vurğulayıb.
Səfir sonda jurnalistlərlə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, 11-17 iyulda 2016-cı ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən bir il ötməsi münasibətilə 350-yə yaxın xarici media nümayəndəsi Türkiyə Baş Nazirliyinin Mətbuat İdarəsinin dəvəti ilə qardaş ölkədə səfərdə olub.
www.yenicag.az