!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin hərbi sənaye mühəndisləri Gülənin əmri ilə öldürülüb” – Qatilin etirafı

!Reklam – Yazi

Türkiyə Hərbi-elektron sənayesinin (ASELSAN) tanınmış mütəxəssisi Hafiz Kocanın qətlinin detalları məlum olub.

Yenicag.ru-nun məlumatına görə, 2006-cı ildə naməlum killer tərəfindən qətlə yetirilmiş hərbi aviasiya mühəndisi Hafiz Kocanın ölüm işi ilə bağlı istintaq 2016-ci ilə qədər davam edib.

Prokurorlar istintaqı ötən il yekunlaşdırıblar və müəyyən edilib ki, hərbi mühəndis basqın nəticəsində qətlə yetirilib.
Lakin 15 iyul çevriliş cəhdindən sonra müstəntiqlər ölkə hərb sənayesinin tanınmış mütəxəssislərinin qatillərinin izinə düşə biliblər. Məsələn, FETÖ istintaqı çərçivəsində dindirilən Mustafa Deyirmenci ifadəsində etiraf edib ki, Hafiz Kocanı üzvü olduğu FETÖ terror şəbəkəsindən aldığı əmr əsasında qətlə yetirib.

Killerin sözlərinə görə, bu qətllə bağlı əmr konkret olaraq ötən il dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs olunan və hazırda təcridxanada saxlanılan general Sadık Köroğlu tərəfindən verilib. Qatil əlavə edib ki, general Köroğlunun ona verdiyi siyahıda digər mühəndislər – Hüseyin Başbilən və Halim Ünsalın da adları olub.

Qeyd edək ki, mütəxəssislər Başbilən və Ünsalın kriptoproqramları əsasında F-16 qırıcıları üçün yeni yaddaş çiplərinin hazırlanması üzərində işləyirdilər. Bu layihə Türkiyənin kənardan, ilk növbədə ABŞ-dan olan asılılığını aradan qaldıracaqdır.

Başbilən 2006-cı ildə Ankara yaxınlığındakı yol kənarında öz avtomobilində ölü tapıldı. Ünsalın cəsədi isə 2007-ci ildə Ankara ətrafındakı Eymir gölünün sahilində aşkar edildi. O zaman Gülənin prokurorluq orqanlarında yerləşdirdiyi kadrlar bu hadisələri intihar kimi rəsmiləşdirərək, cinayət işlərini bağlamışdılar.

Bildirilir ki, son 20 ildə Türkiyə hərbi sənayesinə aid müxtəlif müəssisələrdə çalışan 10 mühəndis qətlə yetirilib.

İstintaq davam edir.

COP29

www.yenicag.az

1912
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv