!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uçan körpülərdir, yoxsa milyonlar?

!Reklam – Yazi

İyunun 2-də axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsi uçub.

Körpünün istifadəyə yararsız düşməsi nəticəsində yolda gediş-gəliş tamamilə dayandırılıb və kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə baş verən gün bir çox kəndlərdə elektirik enerjisi kəsilib, qaz, su və rabitə xətti sıradan çıxıb.

Hadisədən iki gün sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yararsız hala düşən körpüdən 200 metr kənarda yeni alternativ yolun salınacağını bəyan edib.

Baş vermiş problemə görə təbii ki, bir neçə qurum məsuliyyət daşıyır. Fövqəladə hal zamanı səhlənkarlıqla yanaşı qurumlararası əlaqənin olmaması da diqqətdən yayınmır. Belə ki, Müdafiə Nazirliyində su üzərindən ağır döyüş texnikası və şəxsi heyəti keçirmək üçün xüsusi texniki vasitələri (pantonllar) mövcuddur. Hadisə baş verəndən dərhal sonra Müdafiə Nazirliyinin köməyindən yararlanaraq hərəkəti təmin etmək olardı.

Baş vermiş hadisə ilə bağlı fövqəladə hallar üzrə ekspert İskəndər İsmayıl Yenicag.az-a açıqlama verib:

“Sel çayda suyun səviyyəsinin qalxması nəticəsində körpünün qurunta oturan hissəsini yuyub. Quruntu yuduğuna görə, həm də torpaq islanıb. Sürüşmələrin əsas səbəbi artıq yüklənmə və sudur. Burada artıq yüklənmədən söhbət gedə bilməz, sadəcə suyun nəticəsində torpaq hissə yuyulub”.

Körpünün uçmasına gəldikdə, İskəndər İsmayıl bildirib ki, öncə layihəyə baxmaq lazımdır:

“Tikinti zamanı hansı səhlənkarlığa yol verilməsi araşdırılmalıdır. Görünən odur ki, qurunt hissənin aşması gözlənilən idi. Buna qarşı niyə tədbirlər görülməyib? Çay həmişə az gəldiyi üçün problem olmayıb. Sel gələndə isə gözlənilməyən kənar hissədə uçma baş verib.

Bu məsələlərlə məşğul olan mütəxəssislər niyə əvvəlcədən proqnozlaşdırma aparmayıblar? Tikinti zamanı körpünün sürüşməsinə səbəb ola biləcək amillərin aradan qaldırılması üçün əvvəlcədən lazımi tədbirlər görülməyib, görülübsə də, niyə lazımi səviyyədə olmayıb?”

Ekspert bununla yanaşı qeyd edib ki, müasir standartlara cavab verən texnikamız var:

“Problem peşə hazırlığının aşağı səviyyədə olmasındadır. Həm də tikinti norma və qaydalarına əməl olunmur. Yoxlamalar zamanı bir çox məsələyə göz yumulur. Kadrların əksəriyyətinin də bilik səviyyələri aşağıdır. Risklərin hesablanması və tədbirlərin görülməsindən isə danışmağa dəyməz”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2133
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv