Ucarda 3 nəfər avtomobildə diri-diri yanıb öldü
Ucar rayonunda ağır yol qəza hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. “OLAYLAR”ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,dekabrın 6-da saat 01 radələrində Ucar rayonunun Qazıqumlaq kəndində kənd sakini Çingiz Qədirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayrıcısına vurub və nəticədə avtomobildə yanğın baş verib. Sürücü və sərnişinləri Vasif Kərimov və Tapdıq Qədirov hadisə yerində ölüblər.
BDYPİ tərəfindən araşdırma aparılır.